Çox vitamin də ziyandır


Vitaminlər sağlamlığımız üçün həm çox faydalı, həm də çox əhəmiyyətlidir.

Lakin hər şeyin çoxu zərərli olduğu kimi, vitaminlərin də çoxu zərərlidir. Bu baxımdan A, D, E və K vitaminlərini çox qəbul etdikdə bədəndə yığılır və “hipervitaminoz” deyilən vitamin çoxluğuna səbəb olur. Lakin bir şeyi də qeyd edək ki, vitamin çoxluğu sağlamlığımızda problemlərə səbəb olduğu kimi, vitamin əskikliyi də sağlamlığımızda problemlərə səbəb olur. Odur ki, hər iki halda həkimlə məsləhətləşmək və hansı yaşda hansı vitaminləri qəbul edəcəyimizi öyrənmək lazımdır.
Ardı →